...

Azərbaycanda gübrə və azot birləşmələri istehsalı artıb

İqtisadiyyat Materials 21 Yanvar 2025 11:02 (UTC +04:00)
Azərbaycanda gübrə və azot birləşmələri istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda gübrə və azot birləşmələri istehsalında kəskin artım qeydə alınıb.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə ölkədə 652,4 min ton gübrə və azot birləşmələri istehsal edilib.

2023-cü ildə isə bu göstərici 453,7 min tona bərabər olub. Beləliklə, ölkədə gübrə və azot birləşmələri istehsalı 198,7 min ton və ya 43,8% artıb.

1 yanvar 2025-ci il vəziyyətinə Azərbaycanda hazır məhsul ehtiyatı isə 74,5 min ton təşkil edib ki, bu da illik müqayisədə 19,2 min ton və ya 34,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti