Bakı. Trend:
Türkiyə öz ərazisində “əsas oyunçular” arasında danışıqlara ev sahibliyi edə və Ukrayna münaqişəsinə son qoya bilər.
Trend-in məlumatına görə, bu barədə Slovakiyanın baş naziri Robert Fitso Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra deyib.
R.Fitso vurğulayıb ki, Bratislava “yüksək səviyyəli görüş təşkil etməyə can atmır, əksinə, daha aşağı səviyyələrdə dinc xarakterli tədbirlər keçirir”.
Slovakiyanın baş naziri hesab edir ki, yüksək səviyyəli sülh danışıqları "bu məsələdə tamamilə neytral olan və Beynəlxalq Cinayət Məhkəməsi ilə əlaqəsi olmayan" ölkədə aparılmalıdır.