...

BTQ-nin təşkilatçılığı ilə "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda konfrans keçirilir (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2025 09:35 (UTC +04:00)
BTQ-nin təşkilatçılığı ilə "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda konfrans keçirilir (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakı şəhərində Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend xəbər verir ki, tədbirdə müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərli, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak edir.

Konfransda Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnun tanınmasının aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər və bu xüsusda beynəlxalq hüquqi mexanizmlər müzakirə olunacaq.

Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində Portuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildə XIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniya qurulub.

Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir. Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə bu təsir, adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin yüksək qalması kimi məsələlərdə özünü göstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmaqla yanaşı, onların qərarvermə prosesində iştirakını da minimuma endirir.

Bu tədbir Reyunyon xalqının öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi üçün beynəlxalq dəstəyin vacibliyinə dair çağırış platforması rolunu oynayacaq.

“Ka Ubuntu” Müstəqillik hərəkatının sədri Romain Katambara konfransda çıxış edərək bildirib ki, hər bir xalq öz müqəddaratını təyin etməli, tarixini anlamalıdır.

"Bir çoxları deyir ki, bəzi Afrika ölkələri müstəqildir. Lakin bu doğru deyil. Müstəqil ölkənin ərazisində başqa ölkənin hərbi bazası olmur, başqa ölkə tərəfindən idarə olunmur. Biz bu dırnaqarası müstəqillikdən uzaq olmalıyıq. Reyunyonun azadlığı uğrunda çox çalışmalıyıq. Mübarizəmiz çərçivəsində səsimizi beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Bizə bu fürsəti verdiyinə görə Azərbaycana təşəkkür edirik", - o bildirib.

“Ka Ubuntu”Müstəqillik hərəkatının üzvü Benjamin Klement isə öz növbəsində qeyd edib ki, Fransa heyvanlar üzərində istifadə etdiyi dərmanları, bizim üzərimizdə də istifadə edirdi.

O əlavə edib ki, Fransa Reyunyon xalqına heyvani rəftar göstərirdi:

“Qadınları əməliyyat edirdilər yalandan bunun sağlamlıq üçün olduğunu bildirirdilər. Lakin onların bətnindən uşaqlarını götürürdülər. Həmin uşaqları fərqli yerlərə göndərirdilər. Həmçinin onların adlarını, soyadlarını, doğum yerlərini dəyişdirirdilər. Beləliklə onların öz ailələri ilə əlaqələri tamamilə itirdi. Məcburi şəkildə minlərlə uşağı ailəsindən ayırırdılar”.

Əlavə olaraq Mayottanın "CSUM Kollektiv Stop Uwambushu" hərəkatının üzvü Fatima Mze Said çıxış edərək bildirib ki, reyunyonlular nə reyunyonlu, nə də fransız kimi qəbul edilmir:

"Biz neokolonial sistemə qarşı mübarizə aparmalıyıq".

O qeyd edib ki, Reyunyon Fransa tərəfindən istismar olunur:

“Ona görə də biz birlikdə öz ləyaqətimizin müəyyənləşdirilməsi üçün mübarizə aparmalıyıq”.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti