...

Rusiya ABŞ-nin yeni administrasiyası ilə Ukrayna ilə bağlı dialoqa hazırdır - Vladimir Putin

Siyasət Materials 20 Yanvar 2025 18:35 (UTC +04:00)
Rusiya ABŞ-nin yeni administrasiyası ilə Ukrayna ilə bağlı dialoqa hazırdır - Vladimir Putin
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Ukrayna üzrə Amerikanın yeni administrasiyası ilə dialoqa hazırdır.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə deyib.

"Biz ABŞ-nin yeni administrasiyası ilə Ukrayna münaqişəsi ilə bağlı dialoqa açığıq. Burada ən mühüm məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır", - deyə o bildirib.

Rusiya prezideti qeyd edib ki, böhranın əsas səbəbi aradan qaldırılmalı və nizamlanmanın məqsədi qısamüddətli barışıq yox, uzunmüddətli sülh olmalıdır:

"Vəziyyətin həllinə gəlincə, bir daha vurğulamaq istərdim: onun məqsədi qısamüddətli atəşkəs olmamalı, qüvvələrin yenidən qruplaşdırılması və münaqişənin sonradan davam etdirilməsi məqsədilə yenidən silahlanması üçün bir növ möhlət yox, bu regionda yaşayan bütün insanların, bütün millətlərin qanuni maraqlarına hörmətə əsaslanan uzunmüddətli sülh olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti