Bakı.Trend:
ABŞ-nin prezidenti Donald Tramp başqa dövlətlərə yardımı nəzərdə tutan federal proqramın 90 gün müddətinə dayandırılması haqda fərman imzalayıb.
Trend xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Qeyd olunur ki, proqramların müvəqqəti dayandırılmasında məqsəd onların yeni administrasiyanın qarşısına qoyduğu siyasi məqsədlərə nə dərəcədə uyğun olub-olmadığını yoxlamaqdır.
“Birləşmiş Ştatlar prezidentinin xarici siyasətinə tam uyğun gəlməyən heç bir xarici yardım bundan sonra gerçəkləşdirilməyəcək”, -deyə Tramp bildirib.