Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bu il Çinə səfər edəcəyini istisna etmir.
Trend-in məlumatına görə, o, bazar ertəsi axşam Ağ Evin Oval kabinetində jurnalistlərə açıqlamasında bunu təsdiqləyib.
Eyni zamanda, ABŞ prezidenti əslində məsələnin Pekinin Vaşinqtona dəvət göndərməsindən çox asılı olduğunu açıq şəkildə ifadə etdi. Onun açıqlamalarından aydın olub ki, belə bir dəvət hələ göndərilməyib.