Bakı. Trend:
"Azintourist Co LTD" şirkəti ləğv olunur.
Trend-in əldə etdiyi məlumata görə, şirkət bununla bağlı yanvarın 16-da ümumi yığıncaq keçirib.
Yığıncaqda hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edilib.
Bildirilib ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1095, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, AZADLIQ PR., ev.1 ünvana bildirə bilərlər.
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, "Azintourist Co LTD"şirkəti 2007-ci ilin aprelin 9-da dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi isə Ağayev Aydın Cümşüd oğludur.