...

Türkiyədən İraqa sement ixracı artıb

Dünya xəbərləri Materials 20 Yanvar 2025 18:00 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən İraqa sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq, 179 milyon 75 min 97 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyədən İraqa 16 milyon 985 min 2 dollar məbləğində sement ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 21 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,2 faiz azalaraq, 4 milyard 314 milyon 179 min dollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 341 milyon 289 min dollar məbləğində sement ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023 – dekabr 2024) Türkiyə 4 milyard 314 milyon 179 min dollar məbləğində sement ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti