Bakı. Trend:
Yanvarın 22-də TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçiriləcək.
Trend xəbər verir ki, iclasda “İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri” müzakirə ediləcək.
Qeyd edək ki, tədbir Milli Məclisdə baş tutacaq.