Bakı. Trend:
Azərbaycanda ötən ilin dekabr ayında məhsul və xidmətlərin ən çox yüksəldiyi iqtisadi rayonlar məlum olub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Belə ki, 2024-cü ilin dekabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə ən çox bahalaşma Abşeron-Xızı iqtisadi rayonunda (əvvəlki aya nisbətən 2,7% çox), qeyri-qida məhsulları üzrə isə Naxçıvan Muxtar Respublikasında (əvvəlki aya nisbətən 1% çox) qeydə alınıb.
Sözügedən dövr ərzində qida məhsulları, içkilər və tütün məmulatları üzrə ən az bahalaşma isə Şirvan-Salyan iqtisadi rayonunda (əvvəlki ayla müqayisədə 1,3% çox), qeyri-qida məhsulları üzrə Mil-Muğan iqtisadi rayonunda (əvvəlki aya nisbətən 0,1% az) olub.
Hesabat dövründə xidmətlər üzrə ən çox qiymət artımı Qazax-Tovuz iqtisadi rayonunda (əvvəlki ayla müqayisədə 0,8% çox), ən az isə Naxçıvan muxtar Respublikası, Şəki-Zaqatala və Şirvan-Salyan iqtisadi rayonlarında (əvvəlki ayla müqayisədə dəyişməz qalıb) qeydə alınıb.
Azərbaycanın iqtisadi rayonları üzrə 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indekslərini (əvvəlki aya nisbətən, faizlə) təqdim edirik:
Cəmi məhsullar və xidmətlər |
Qida məhsulları, içkilər və tütün məmulatları |
Qeyri-qida məhsulları |
Xidmətlər |
|
Bakı şəhəri |
101,0 |
101,8 |
100,1 |
100,5 |
Naxçıvan Muxtar Respublikası |
101,1 |
101,9 |
101,0 |
100,0 |
Abşeron-Xızı |
101,3 |
102,7 |
100,4 |
100,2 |
Dağlıq Şirvan |
101,2 |
102,0 |
100,8 |
100,2 |
Gəncə-Daşkəsən |
101,2 |
102,5 |
100,5 |
100,1 |
Qarabağ |
101,0 |
101,7 |
100,0 |
100,7 |
Qazax-Tovuz |
101,2 |
101,9 |
100,3 |
100,8 |
Quba-Xaçmaz |
100,9 |
102,1 |
100,1 |
100,2 |
Lənkəran-Astara |
101,0 |
101,9 |
100,1 |
100,6 |
Mərkəzi Aran |
100,7 |
101,7 |
100,0 |
100,1 |
Mil-Muğan |
100,9 |
101,8 |
99,9 |
100,6 |
Şəki-Zaqatala |
100,9 |
102,0 |
100,0 |
100,0 |
Şərqi Zəngəzur |
... |
... |
... |
... |
Şirvan-Salyan |
100,6 |
101,3 |
100,1 |
100,0 |
Qeyd edək ki, 2024-cü ildə istehlak qiymətləri indeksi 2023-cü illə müqayisədə 102,2%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101,3%, qeyri-qida malları üzrə 101,6%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 104,0% təşkil edib.