Bakı. Trend:
İran sanksiyaların ləğv olunması məsələsində ABŞ ilə danışıqları bərpa etməyə hazırdır. Bunun üçün ABŞ prezidenti Donald Tramp belə bir niyyət ortaya qoymalıdır.
Trend xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qəribəbadi ölkənin yerli kanalına danışarkən deyib.
“İran əvvəlki kimi sanksiyaların ləğv edilməsi məsələsində danışıqlara başlamağı və ya (danışıqlar prosesini) bərpa etməyə hazırdır. Qarşı tərəf belə bir istək ifadə etsə, danışıqlar mütləq baş tutacaq”, - iranlı nazir müavini bildirib.