Bakı. Trend:
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfrans çərçivəsində “Reyunyonda Fransız müstəmləkəçiliyinin tarixi və müasir vəziyyət” adlı panel sessiyası keçirilib.
Trend xəbər verir ki, panel sessiyası zamanı müstəqillik uğrunda mübarizə aparan Reyunyon xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərli, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar çıxış edib.
Müstəqillik Uğrunda "Ka Ubuntu" təşkilatının rəhbəri Romain Katambara Qərb imperializminin dominatlığından azadlığın müstəmləkə dövlətləri üçün önəmli xarakter daşıdığını bildirib.
"Bizim təşkilatımız Afrikadakı müstəmləkələrin müstəqilliyi uğrunda mübarizə aparır. Bizim üçün ən vacib məqam formal "müstəqillikdən" azad olmaq və real müstəqilliyi əldə etmək, eləcə də imperializmə qarşı effektiv mübarizə aparmaqdan ibarətdir. Bizim burada olmağımız Fransaya qarşı apardığımız mübarizəmiz baxımından vacibdir. Fransa müstəmləkə altında saxladığı ölkələrdə gərginlik yaradır. Panafrikaçılıq hərəkatı Aftika xalqlarına müstəqillik qazanmağa imkan verən bir hərəkatdır. Reyunion olaraq çalışırıq ki, müstəqil dünya dövlətlərinin sırasına daxil olmaqla, Qərb imperializminin dominatlığından azad olaq. Bizim ölkəmiz Fransa üçün öz təsir gücünü qoruyub saxlamağa xidmət edən bir ölkədir", - o əlavə edib.
Mayottanın "CSUM Kollektiv Stop Uwambushu" hərəkatının üzvü Fatima Mze Said qeyd edib ki, Reyunyonlular nə reyunyonlu, nə də fransız kimi qəbul edilmir:
“Biz neokolonial sistemə qarşı mübarizə aparmalıyıq. Reyunyon Fransa tərəfindən istismar olunur. Ona görə də biz birlikdə öz ləyaqətimizin müəyyənləşdirilməsi üçün mübarizə aparmalıyıq”
“Ka Ubuntu” Müstəqillik hərəkatının üzvü Benjamin Klement vurğulayıb ki, Fransa Reyunyon xalqına heyvani rəftar göstərirdi:
“Qadınları əməliyyat edirdilər yalandan bunun sağlamlıq üçün olduğunu bildirirdilər. Lakin onların bətnindən uşaqlarını götürürdülər. Həmin uşaqları fərqli yerlərə göndərirdilər. Həmçinin onların adlarını, soyadlarını, doğum yerlərini dəyişdirirdilər. Beləliklə onların öz ailələri ilə əlaqələri tamamilə itirdi. Məcburi şəkildə minlərlə uşağı ailəsindən ayırırdılar”.
Sessiya çıxışlarla davam etdirilib.