...

Azərbaycan Harvard Universiteti ilə dayanıqlı iqtisadiyyatın təşviqi sahəsində aparılan təhlilləri müzakirə edib

İqtisadiyyat Materials 21 Yanvar 2025 14:17 (UTC +04:00)
Azərbaycan Harvard Universiteti ilə dayanıqlı iqtisadiyyatın təşviqi sahəsində aparılan təhlilləri müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Harvard Universiteti ilə dayanıqlı iqtisadiyyatın təşviqi sahəsində aparılan təhlillərin əhəmiyyətini müzakirə edib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.

“Prezidentin köməkçisi Şahmar Mövsümov və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov ilə birlikdə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausman ilə növbəti dəfə görüşməkdən məmnun olduq. İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin COP29 çərçivəsində səmərəli əməkdaşlığı, dayanıqlı iqtisadiyyatın təşviqi sahəsində aparılan təhlillərin əhəmiyyəti, birgə təşəbbüslər və növbəti addımlar barədə danışdıq”, - paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti