Bakı. Trend:
2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 866 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 34 obyekt çoxdur.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, 2024-cü ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 110 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 58 obyekt çoxdur.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında Türkiyədə 212 min 637 mənzil satın alınıb ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 53,4 faiz çoxdur.
Məlumata görə, 2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədə 1 milyon 478 min 25 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz çoxdur.
2024-cü ilin dekabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 418 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 17,2 faiz artıb.
2024-cü ilin yanvar – dekabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 23 min 781 mənzil alıblar ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz azdır.