Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə hücum edənlərin əfv edilməsi haqqında sərəncam imzalayıb.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.
"Tramp (...) Kapitolidə iğtişaşçılarda iştirak edənləri əfv etdi və əfvin 1500 nəfərə şamil ediləcəyini söylədi", - deyə bildirilib.
Telekanal qeyd edib ki, əfv fərmanı 2021-ci il 6 yanvar hadisələri ilə bağlı təqsirləndirilən şəxslərin demək olar ki, hamısına şamil olunacaq.
Dekabr ayında D.Tramp vəzifəyə gəldikdən dərhal sonra Kapitoliyə hücum edənləri əfv etmək niyyətində olduğunu açıqlamışdı.