Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi
rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Lakin axşam bəzi şərq rayonlarında arabir yağıntılı olacağı
ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq
küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.