...

Biz xalqlarımız arasında siyasi və tarixi şüuru oyatmalıyıq - Müstəqillik hərəkatının sədri

Cəmiyyət Materials 21 Yanvar 2025 09:43 (UTC +04:00)
Biz xalqlarımız arasında siyasi və tarixi şüuru oyatmalıyıq - Müstəqillik hərəkatının sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz xalqlarımız arasında siyasi və tarixi şüuru oyatmalıyıq.

Trend xəbər verir ki, bu barədə “Ka Ubuntu” Müstəqillik hərəkatının sədri Romain Katambara bu gün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, hər bir xalq öz müqəddaratını təyin etməli, tarixini anlamalıdır.

"Bir çoxları deyir ki, bəzi Afrika ölkələri müstəqildir. Lakin bu doğru deyil. Müstəqil ölkənin ərazisində başqa ölkənin hərbi bazası olmur, başqa ölkə tərəfindən idarə olunmur. Biz bu dırnaqarası müstəqillikdən uzaq olmalıyıq. Reyunyonun azadlığı uğrunda çox çalışmalıyıq. Mübarizəmiz çərçivəsində səsimizi beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Bizə bu fürsəti verdiyinə görə Azərbaycana təşəkkür edirik", - o bildirib.

Qeyd edək ki, Reyunyon adası 1500-cü illərin əvvəllərində Portuqaliyalı səyyahlar tərəfindən kəşf edilib. Ada 1642-ci ildə XIV Lüdovikin dövründə fransızlar tərəfindən ələ keçirilib və Burbon adası adlandırılıb. Üç il sonra isə ilk daimi koloniya qurulub.

Reyunyon adasında müstəmləkəçilik irsi iqtisadi, siyasi və sosial sahələrdə öz təsirini davamlı şəkildə hiss etdirir. Fransanın adadakı dominant mövqeyi və güclü təsir mexanizmləri yerli xalqın siyasi və iqtisadi müstəqilliyə nail olmaq uğrunda göstərdiyi səylərə ciddi maneələr yaradır. İqtisadi sahədə bu təsir, adanın xarici ticarət və investisiyalar baxımından Fransadan yüksək dərəcədə asılı olması, yerli istehsalın zəifləməsi və işsizlik səviyyəsinin yüksək qalması kimi məsələlərdə özünü göstərir. Siyasi sahədə isə Fransa tərəfindən tətbiq olunan idarəetmə modelləri və institusional mexanizmlər Reyunyon xalqının öz müqəddəratını təyin etmək hüququnu məhdudlaşdırmaqla yanaşı, onların qərarvermə prosesində iştirakını da minimuma endirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti