Bakı. Trend:
Panama prezidenti Xose Raul Mulino ABŞ prezidenti Donald Trampın Panama kanalına nəzarəti ələ keçirmək niyyətində olduğuna dair fikirlərini rədd edib.
Trend-in məlumatına görə, bu barədə Panama prezidenti "X" sosial şəbəkəsində yazıb.
"Panama Respublikası və onun xalqı adından Prezident Donald Trampın Panama və onun kanalı ilə bağlı inauqurasiya nitqində səsləndirdiyi bəyanatları qətiyyətlə rədd etməliyəm. Kanal Panamanın bir hissəsi olub və olaraq qalır, onun rəhbərliyi daimi neytrallığına ciddi riayət etməklə, Panama nəzarəti altında qalacaq", - deyə o bildirib.
Qeyd edək ki, D.Tramp öz çıxışında Panama kanalını yaxın gələcəkdə ABŞ-nin nəzarətinə qaytarmaq planlarını açıqlayıb və 1977-ci ildə imzalanmış müqaviləni səhv adlandırıb.