Bakı. Trend:
Macarıstan təbii qaz tədarükü üçün ən əlverişli şərtlər təklif edən Rusiya ilə əməkdaşlıqdan siyasi səbəblərdən imtina etmək niyyətində deyil.
Trend-in məlumatına görə, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
O qeyd edib ki, enerji sektorunda sanksiyalar və süni məhdudiyyətlər Avropa İttifaqının rəqabət qabiliyyətini azaldır.
"Siyasi səbəblərə görə müəyyən təchizatçılara qarşı diskriminasiya Avropa əhalisinin həyat səviyyəsinə ciddi təsir göstərir", - deyə o qeyd edib.
Brüsselin Rusiya qazının tədarükündən imtina ilə bağlı çağırışlarına toxunan nazir qeyd edib ki, Macarıstan bunu yalnız daha əlverişli kommersiya təklifi alacağı təqdirdə edəcək. "Macarıstan nə vaxtsa belə bir təklif alıbmı? Cavab aydındır: xeyir. Hazırda bundan yaxşı təklif yoxdur", - deyə o vurğulayıb.