...

Qanada hərbçilər azı 8 mədənçini qətlə yetirib

Dünya xəbərləri Materials 20 Yanvar 2025 16:16 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı: Trend

Qananın mərkəzi Aşanti əyalətində yerləşən mədəndə hərbçilərlə mədənçilər arasında qanlı toqquşma olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, toqquşamarda azı 8 nəfər həlak olub.

Qana Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, 60-a yaxın qanunsuz mədənçi “AngloGold Ashanti” şirkətinin qızıl mədəninin ərazisinə zorla daxil olmağa çalışıb və obyektin mühafizəsinə cavabdeh olan hərbçilər “özünümüdafiə” məqsədilə atəş açmaq məcburiyyətində qalıb.

Hadisədən xəbər tutan yaxınlıqdakı yaşayış məntəqəsinin sakinləri əraziyə axın edərək iğtişaşlar törədib, şirkətə aid azı 3 nəqliyyat vasitəsinin və başqa avadanlığın yandırdılığı bildirilir.

Ölkənin prezidenti Con Mahama hadisənin araşdırılmasına göstəriş verib və qanunsuz hərəkət etmiş istənilən şəxsin ədalətə cəlb olunacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti