Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Meksika sərhədinə qoşun yeritməyi planlaşdırdığını bildirib.
Trend-in məlumatına görə, bu barədə Donald Tramp inauqurasiya mərasimində deyib.
"Mən qeyri-qanuni immiqrasiyanı milli fövqəladə vəziyyət elan etmək, Meksika sərhədinə qoşun göndərmək və “Meksikada qalmaq” siyasətimi bərpa etmək niyyətindəyəm", - deyə o bildirib.
Bundan əlavə, Tramp qeyri-qanuni sərhəd keçidlərinə tam son qoymağa və qanunsuz keçərkən tutulan bütün miqrantların saxlanmasına çalışacağını vurğulayıb.