...

COP29 prezidenti iqlim maliyyəsinin 1,3 trilyon dollara çatdırılması üzrə strategiyadan danışıb

İqtisadiyyat Materials 21 Yanvar 2025 14:36 (UTC +04:00)
COP29 prezidenti iqlim maliyyəsinin 1,3 trilyon dollara çatdırılması üzrə strategiyadan danışıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Biz iqlim maliyyəsi ianələrinin 1.3 trilyon dollara qədər artırılması ilə bağlı proqram hazırlamışıq.

Trend xəbər verir ki, bunu Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri, COP29 prezidenti Muxtar Babayev Ümumdünya İqtisadi Forumunun “COP30-a aparan yol” mövzulu sessiyasında etdiyi çıxışda bildirib.

M. Babayev çıxışı zamanı COP29 nəticələrinin, xüsusilə inkişaf etməkdə olan ölkələrə 300 milyard dollar vəsaitin ayrılması ilə bağlı tarixi razılaşanın əhəmiyyətini vurğulayıb.

“Bu bütün dünya üçün, bütün dünya ictimaiyyəti üçün böyük uğurdur”, -deyə o bildirib. “Bundan əvvəl iqlim gündəminə töhvə verilməsi ilə bağlı möhkəm niyyətin və öhdəliklərin təsbit olunduğu bir sənəd və ya razılaşma belə yox idi”, - o əlavə edib.

Nazir eyni zamanda, irəliləyişin növbəti mərhələsindən də söz açıb, əsas diqqəti ianələrin 1,3 trilyon dollara qədər atırılması məsələsinə yönəldib.

“Biz ianələrin 1.3 trilyon dollara çatdırılmasının yolu ilə bağlı proqram hazırlamışıq və Dünya İnkişaf Bankını, özəl sektoru və digər maraqlı tərəfləri iqlim gündəminə qoşulmağa dəvət edirik”, - Babayev deyib.

Babayev COP30 ərəfəsində nikbinlik ifadə edərək, Braziliya komandası ilə sıx əməkdaşlığın vacibliyini vurğulayıb:

“Biz COP30 komandasına, braziliyalılara dəstək olmaq üçün onlarla sıx əməkdaşlıq etməyi planlaşdırırıq”, -deyə o bildirib. “Bəli, yeni çağırışlar var, lakin yeni imkanlar da var. Gəlin buna nikbinliklə yanaşaq və belə fürsətlərdən yararlanaq”.

Nazir həmçinin, karbon bazarları sferasındakı irəliləyişdən söz açıb.

“10 il aparılan müzakirələrdən sonra 6-cı maddə üzrə əsas razılaşma əldə olunub”,- deyə Babayev qeyd edib.

“Tərəflər karbon bazarları, qeydiyyat, avtorizasiya və başqa aspektlərdə ortaq məxrəcə gəliblər. Biz artıq özəl sektor və iri layihələrin yaşıl iqtisadiyyata və iqlim təşəbbüslərinə yolunu açmışıq”, - nazir qeyd edib.

Onun sözlərinə görə, COP29-un digər önəmli nailiyyəti, İtki və Zərər Fondunun tətbiqi olub:

“Göstərdikləri əzmə və konsensusa görə, bütün ölkələrə və iştirakçılara təşəkkür edirəm, məhz bunların sayəsində biz Bakıda razılaşmanın əldə olunmasına nail olduq”.

Xəbər lenti

Xəbər lenti