Bakı. Trend:
685 bələdiyyə üzrə namizədlərin adlarının daxil olduğu bülletenlərin çapı yekunlaşıb.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib.
O bildirib ki, artıq onların qablaşdırılması həyata keçirilir:
“Yanvarın 22-23-də bülletenlərin dairə seçki komissiyalarına təqdim edilməsinin həyata keçirilməsi planlaşdırılır.
Dairələr də 3 gün ərzində bülletenlərin məntəqə seçki komissiyalarına paylayacaqlar. Təhlükəsizlik məsələləri ilə bağlı DİN-lə sıx təmasdayıq”.
Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.