Bakı. Trend:
Azərbaynın seçkilərdə veb-kamera təcrübəsindən ABŞ, Böyük Britaniya, Türkiyə kimi ölkələrdə istifadə edilir.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O xatırladıb ki, artıq 17 ildir ki, bu təcrübə Azərbaycanda tətbiq edilir.
Qeyd edək ki, Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.