Bakı. Trend:
Qarşıdakı bir həftə ərzində məntəqələrdəki vəziyyət yoxlanılmalıdır.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
"Ola bilər ki, səsvermə günü dağlıq ərazilərdə hava qeyri-sabit olsun. Məntəqələrdə səsvermə üçün normal şərait olmalıdır, əsasən də temperatur baxımından",- deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.