Bakı. Trend:
Türkiyənin Bolu vilayətinin “Kartalkaya” kurort hotelindəki yanğınla əlaqədar 4 nəfər saxlanılıb.
Trend “türk KİV-lərə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Boludakı yanğınla əlaqədar verdiyi açıqlamada bildirib.
Bolu vilayətinin baş prokurorluğu tərəfindən başladılan istintaqın hərtərəfli və diqqətlə aparıldığını vurğulayan nazir, saxlanılanlar arasında hotel sahibinin də yer aldığını diqqətə çatdırıb.
"Yanğın faciəsində həyatını itirən vətəndaşlarımıza bir daha Allahdan rəhmət, ailələrinə səbir, yaralı vətəndaşlarımıza isə təcili şəfa diləyirəm”,- deyə nazir bildirib.
Qeyd edək ki, baş vermiş dəhşətli yanğında ölənlərin sayı 66 nəfərə çatıb, 51 nəfərin yaralandığı bildirilir.