...

Türkiyədən Özbəkistana hazır geyim ixracı artıb

Dünya xəbərləri Materials 21 Yanvar 2025 15:05 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Özbəkistana hazır geyim ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 dəfə artaraq, 147 milyon 849 min 2 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Özbəkistana 5 milyon 748 min 69 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1,4 dəfə çoxdur.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 17 milyard 920 milyon 376 dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 262 milyon 830 dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 12,9 faiz azalıb” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 17 milyard 920 milyon 376 dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti