Bakı. Trend
16 096 nəfər namizədin adı qeydiyyata alınıb.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O xatırladıb ki, 70 minədək müşahidəçi qeydiyyata alınıb.
“23 siyasi partiyadan 26 minədək müşahidəçi seçkini izləyəcək. Onlar 5734 məntəqədə müşahidə həyata keçirəcəklər”.
Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.