...

1000 seçki məntəqəsində veb-kamera quraşdırılacaq - Rövzət Qasımov

Siyasət Materials 21 Yanvar 2025 16:18 (UTC +04:00)
1000 seçki məntəqəsində veb-kamera quraşdırılacaq - Rövzət Qasımov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend

Aşkarlıq ən mühüm meyarlardan biri olduğu üçün 70 minədək yerli müşahidəçinin seçkini izləmək imkanı olacaq.

Trendxəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib.

O bildirib ki, istənilən vətəndaşın bu proseslərlə bağlı müfəssəl məlumat əldə edə bilməsinə çalışacağıq:

“1000 seçki məntəqəsində baş verən bütün proseslər veb-kameraların qarşısında həyata keçiriləcək. MSK 2008-ci ildə veb-kameraların quraşdırılması və istifadəsi ilə bağlı sənəd qəbul edib. 2013-cü ildə bu sənədə dəyişiklik edilib”.

O qeyd edib ki, keyfiyyətli və fasiləsiz yayım üçün 118 seçki dairəsində və 1000 seçki məntəqəsində veb-kamera quraşdırılacaq və onların siyahısı dərc ediləcək.

Xatırladaq ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti