Bakı. Trend:
Hərbi tanklar və təyyarələr sahəsində olduğu kimi, iri layihələri birgə inkişaf etdirmək qabiliyyətinə malik olan Avropanın müdafiə sənayesinə ehtiyac var.
Trend xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda etdiyi çıxışda bildirib.
“Mənim məqsədim - istənilən Avropa ölkəsinin mövcud müqavilələrdə iştirak edə bilməsi, silahların hazırlanmasının isə birgə həyata keçirilməsidir”, - deyə o bildirib.
“Biz azad ticarəti, tərəfdaşlarımızla birgə rifahımızın təməli kimi müdafiə edəcəyik. Biz bunu Avropa İttifaqı və Avropa Komissiyası ilə müzakirə etmişik və sabah isə, Emmanuel Makronla bu barədə danışmaq üçün Parisə yollanacağam. Avropa sərbəst və ədalətli qlobal ticarətə güvənir və biz tək deyilik. Avropa İttifaqı və MERKOSUR ölkələri arasında 25 ildən sonra imzalanan azad ticarət razılaşması bu mesajı vurğulayır. Aşağı tariflər daha çox ticarət, daha çox rəqabət və daha aşağı qiymətlər deməkdir", - Almaniya Kansleri qeyd edib.
X: @Lyaman_Zeyn