...

Xeyriyyəçi və neft milyonçusunun Mərdəkandakı ev muzeyi təmir olunacaq

İqtisadiyyat Materials 21 Yanvar 2025 20:20 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun Mərdəkandakı ev muzeyində bərpa və yenidənqurma işləri həyata keçiriləcək.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətində müvafiq işlərə start verilib.

Belə ki, ev muzeyində bərpa işləri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya parkının yenidənqurma və abadlıq işləri çərçivəsində aparılacaq.

Qurum sözügedən işlərin icrasına 7,1 milyon manat vəsaitin sərf olunacağını ehtimal edir.

Qeyd edək ki, "Dendrologiya bağı" publik hüquqi şəxsin yerləşdiyi ərazi 1895-1920-ci illərdə neft milyonçusu, böyük xeyriyyəçi Murtuza Muxtarovun şəxsi bağı olub.

Xəbər lenti

Xəbər lenti