...

Avropa Komissiyası yeni Rəqabət qabiliyyəti Kompası təqdim edəcək - Ursula fon Der Lyayen

İqtisadiyyat Materials 21 Yanvar 2025 18:00 (UTC +04:00)
Avropa Komissiyası yeni Rəqabət qabiliyyəti Kompası təqdim edəcək - Ursula fon Der Lyayen
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası gələn həftə öz yeni rəqabət qabiliyyəti Kompasını təqdim edəcək.

Trend xəbər verir ki, bunu Davosda keçirlən Ümumdünya iqtisadi forumunda etdiyi xüsus çıxışda, Avropa Komissiyanın prezidenti Ursula fon der Lyayen bildirib.

O hər kəsin 25 il əvvəl təsəvvür etdiyi dünya düzəninin gerçəkliyə çevrilmədiyini vurğualyıb.

“Dünyanın iqtisadi baxımdan ən güclü dövlətir xammal resursları, yeni texnologiyalar və qlobal ticarət marşrutları uğrunda yarışa girib. Süni intellektdən tutmuş ekoloji təmiz texnologiyalara kimi, kvantdan tutmuş, kosmik texnologiyalara kimi, Arktikadan Cənubi-Çin dənizinə kimi - yarış artıq başlayıb.

Bu rəqabət gücləndiyindən, biz yəqin ki, ölkələrin iqtisadi və milli təhlükəsizliyinin qorunmasına yönəlmiş sanskiyalar, ixracata məhdudiyyətləri və tariflər kimi iqtisadi vasitələrdən müntəzəm istifadənin şahidləri olacağıq.

Lakin təhlükəsizliyimizin qorunması ilə innovasiyalar və rifahın artırılması arasında balansın saxlanması vacibdir. Bu ruhda biz qlobal yarışın uçuruma yuvarlanmaması üçün səylərimizi birləşdirməliyik, çünki qlobal iqtisadi əlaqələrin kəsilməsi heç kimin xeyrinə deyil. Bunun əvəzinə biz vətəndaşlarımıza qarşılıqlı fayda gətirmək qabiliyyətimizi qorumaq üçün qaydaları müasirləşdirməliyik ," – Avropa Komissiyasının prezidenti vurğulayıb.

O əlavə edib ki, avropalılar üçün bu rəqabət evdən başlayır.

"Avropa özünəməxsus sosial bazar iqtisadiyyatına malikdir. Biz dünyanın ikinci ən böyük iqtisadiyyatına və ən böyük ticarət sektoruna malikik. Bizdə həyat səviyyəsi daha yüksəkdir, sosial və ekoloji standartlar daha sərtdir və digər qlobal rəqiblərimizdən daha az bərabərsizlik mövcuddur. Avropa çoxlu istedadların vətənidir və bütün dünyadan ideyaları və sərmayələri cəlb etmək bacarığını sübut edib. Bizim ixtira etmək və yaratmaq bacarığımız kifayət qədər dəyərləndirilmir. Avropanın qlobal patent müraciətlərindəki payı ABŞ və Çinlə müqayisə oluna bilər. Lakin dünya dəyişir. Biz də eləcə dəyişməliyik," – deyə Ursula fon der Lyayen bildirib.

O bildirib ki, son 25 il ərzində Avropa öz iqtisadi artımını stimullaşdırmaq üçün qlobal ticarətin yüksəlişinə bel bağlayıb.

"O, Rusiyadan ucuz enerji asılılığında idi. Amma bu günlər artıq keçmişdə qalıb. Növbəti rüb əsr ərzində böyüməmizi davam etdirmək üçün Avropa öz kursunu dəyişməlidir. Məhz buna görə də mən Avropa Mərkəzi Bankının prezidenti Mario Draqidən Avropanın rəqabət qabiliyyəti ilə bağlı hesabat hazırlamasını xahiş etdim. Bunun əsasında gələn həftə Avropa Komissiyası qarşıdakı beş il üçün fəaliyyətimizi müəyyənləşdirəcək yol xəritəmizi – Rəqabət Qabiliyyəti Kompasını təqdim edəcək. Əsas diqqət innovasiya fərqliliyini azaltmaqla məhsuldarlığın artırılmasına yönəldiləcək," – deyə o əlavə edib.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti