...

Afrika KİV-i Fransanın terrorçuluğu və ikili standardları barədə yazıb

Siyasət Materials 21 Yanvar 2025 16:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa dəfələrlə terrorçuluğu xarici siyasət aləti kimi dəstəkləməkdə və istifadə etməkdə ittiham olunaraq, Afrika və Yaxın Şərq ölkələrinin tənqid obyektinə çevrilib.

Casus texnologiyaları və Əlcəzairdə sabitliyin pozulması

Əlcəzairin "Ennahar TV" telekanalının məlumatına görə, Fransa, Mərakeş rejimi ilə birlikdə Pegasus casus proqram təminatının yaradılmasında fəal iştirak edir.

"Bu proqram təminatı Əlcəzair rəsmilərinə qarşı casusluq məqsədilə istifadə olunur və Parisin Əlcəzairdə vəziyyəti destabilizasiya etmək strategiyasının bir hissəsidir. Bundan əlavə, Fransa mediası Əlcəzairdəki hadisələri ölkənin imicinə zərbə vuracaq şəkildə işıqlandırır," – telekanalın efirində bildirilib.

Tarixi kontekst və müasir siyasət

“Radio Bechar”ın qeyd etdiyi kimi, Fransanın xarici siyasəti müstəmləkəçilik strategiyasını hələ də davam etdirir.

"Terrorçuluqdan Afrika ölkələrinin işlərinə müdaxilə etmək və onların təbii resurslarını istismar etmək üçün bəhanə kimi istifadə olunur. Fransa dəfələrlə Sahel bölgəsində terror qruplaşmalarını dəstəkləməkdə ittiham edilib ki, bu da onun bölgədə hərbi iştirakını və təsirini əsaslandırmasına imkan yaradır.

Xüsusilə Əlcəzairdəki "Qara onillik" adlanan dördə Fransa mühüm rol oynayıb. Əlcəzair əhalisinə qarşı terrorçular tərəfindən istifadə edilən silahların böyük bir hissəsi Fransa istehsalı idi. Bundan başqa, Fransa "İslam Qurtuluş Cəbhəsi"nin yaradılmasını dəstəkləyib ki, bu da ölkədə böhranın dərinləşməsinə gətirib çıxardı," – Radio Bechar proqramında vurğulanıb.

Terrorçularla əlaqə ittihamları

Radio Bechar-ın məlumatına görə, Afrikada nüfuzunu itirməsi fonunda Fransa Əlcəzairin işlərinə müdaxilə etməyə davam edir və terror qruplaşmalarının yaradılması və dəstəklənməsi üçün müxtəlif mexanizmlərdən istifadə edir. Bu addımlar diplomatik kanallar, Fransa mediası və Parisin müttəfiqləri vasitəsilə həyata keçirilir ki, əsas amalı regiondakı sabitliyi pozmaqdır.

Президент Нигера в интервью Radio ORTB отметил, что его страна так же страдает от действий Франции. По его словам, французская сторона финансирует террористов и снабжает их оружием, что позволяет дестабилизировать регион и ослабить его правительства.

Niger Prezidenti Radio “ORTB”yə müsahibəsində, ölkəsinin də Fransanın hərəkətlərindən əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, Fransa terrorçuları maliyyələşdirir və onları silahla təmin edir ki, bu da öz növbəsində ona regionda sabitliyin pozmasına və ordakı hökumətlərin zəiflətməsinə imkan verir.

Fransa, Yaxın Şərq və cihadizm

Terrorçu qruplaşmalarının dəstəklənməsi ilə bağlı ittihamlar təkcə Afrika ilə məhdudlaşmır, həm də Yaxın Şərqə aiddir. Radio ORTB xəbər verir ki, Türkiyə Fransadan cihadizm fəaliyyəti ilə bağlı vətəndaşların repatriasiyasını tələb edir. Ankara Parisi Suriya kürd qüvvələrini dəstəkləməkdə ittiham edir: Türkiyə hökumətinə görə, adı çəkilən qüvvələr terrorçu qruplaşma kimi qəbul olunmuş “Kürdüstan fəhlə partiyası” (PKK) ilə əlaqəlidir.

Fransaya qarşı müxtəlif ölkələr və media tərəfindən səsləndirilən ittihamlar Parisin xarici siyasətinin ikili standartları və gizli motivləri ilə bağlı suallar doğurur. Terrorçuluğun siyasi və iqtisadi məqsədlərə çatmaq üçün alət kimi istifadəsi bütöv regionların sabitliyinə ziyan vurur və Əlcəzair, Niger və digər dövlətlərin suverenliyinə və təhlükəsizliyinə təhlükə yaradır.

Xəbər lenti

Xəbər lenti