...

Ötən il Hərbi Prokurorluq orqanları tərəfindən qeydə alınan cinayətlərin 98,8 faizi açılıb

Gündəm Materials 21 Yanvar 2025 15:10 (UTC +04:00)
Ötən il Hərbi Prokurorluq orqanları tərəfindən qeydə alınan cinayətlərin 98,8 faizi açılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Hərbi Prokurorluq orqanları tərəfindən qeydə alınan cinayətlərin, ümumilikdə, 98,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb.

Trend xəbər verir ki, bu barədə Hərbi prokuror Xanlar Vəliyev 2024-cü ildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası zamanı deyib.

O bildirib ki, hesabat dövründə qeydə alınan cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 19,3 faiz, qeyri-hərbi cinayətlər 21,5 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər isə 17,5 faiz azalıb.

Eyni zamanda, 2023-cü illə müqayisədə 2024-cü ildə qeydə alınan özünü öldürmə həddinə çatdırma cinayətləri 20,0 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 53,4 faiz, hərbi xidmətdən yayınma cinayətləri 33,6 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 52,9 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 31,1 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 21,4 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 71,4 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 88,2 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 20,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 4,4 faiz, və xuliqanlıq cinayətləri 60,0 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti