Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə Trend nazirliyə istinadən xəbər verir.
Məlumata görə, Rəşad Nəbiyev vətəndaşları Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 27 yanvar 2025-ci il tarixində saat 09:00-da qəbul edəcək.
Qeyd olunub ki, qəbula 24 yanvar 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.