Bakı. Trend:
Bələdiyyə seçkiləri üçün 5 961 625 seçicinin adı qeydiyyata alınıb.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O bildirib ki, 125 dairədən 7-si azad edilən ərazilərdə yerləşir:
"Ona görə də seçki 118 dairədə keçiriləcək. Əvvəlki seçkilərlə müqayisədə seçici sayı bu dəfəki bələdiyyə seçkilərində az olacaq”.
O qeyd edib ki, bələdiyyə seçkilərinə hazırlıq prezident və parlament seçkilərinə hazırləqdan geri qalmamalıdır.
Qeyd edək ki, Azərbaycanda yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.