Bakı.Trend:
Azərbaycanda ilk dəmir yolunun açılışından 145 il ötür.
Trend xəbər verir ki, 1880-ci il yanvarın 20-də Bakı–Sabunçu–Suraxanı dəmir yolunun təntənəli açılışı oldu. Bu xətt neft daşımaları üçün nəzərdə tutulsa da, bir müddət sonra eyni marşrutla sərnişinlərin daşınmasına başlanıldı.
145 illik tarixi boyunca Azərbaycanın dəmir yolları böyük inkişaf yolu keçərək beynəlxalq nəqliyyat dəhlizlərinin əsas hissəsinə çevrilib.