Bakı. Trend:
Türkiyənin Bolu əyalətində yerləşən Kartalkaya xizəkçilik mərkəzindəki mehmanxanada baş verən yanğında ölənlərin sayı 76-ya çatıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazirin sözlərinə görə, yanğınla əlaqədar 9 nəfər saxlanılıb.
Xatırladaq ki, yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində 11 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə 30 yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbər olunub.
Bolunun valisi Əbdüləziz Aydın yanğının səbəbinin hələ ki, məlum olmadığını desə də, alovun restoranın yerləşdiyi mərtəbədən başladığını ehtimal edir. Hadisə zamanı hoteldə 234 qonaq olub.
Yanğınla əlaqədar istintaq başlanılıb.