Bakı. Trend:
Rusiya Azərbaycan və Ermənistanla münasibətlərdə heç birinin tərəfini tutmur.
Trend xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistanlı həmkarı Ararat Mirzoyanla Moskvada apardığı danışıqların gedişində bildirib.
“Biz fikrimizcə çox aktual olan məsələlərlə - İrəvan və Bakı arasında münasibətlərin normallaşması məsələləri ilə məşğul oluruq. Qardaş xalqların sülh və mehriban qonşuluq şəraitində yaşamasına dərin marağımızdan çıxış edirik," – deyə o əlavə edib.
Lavrov qeyd edib ki, Moskvanın həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri mövcuddur: "Bu məsələdə son dərəcə maraqlıyıq".