Bakı. Trend:
Bələdiyyə seçkiləri üçün 68 mindən artıq müşahidəçi akkreditasiyadan keçib.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
"Bələdiyyə seçkiləri üçün 68 869 nəfər müşahidəçi akkreditasiyadan keçib", - o bildirib.
Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərlə əlaqədar 16 128 nəfərin namizədliyi qeydə alınıb.