Bakı.Trend:
Rusiyanın federal hava nəqliyyatı agentliyinin (Rosaviasiya) Kazan, Nijnekamsk və Buqulmı şəhərlərinin hava limanlarında uçuşlara qoyduğu müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumatda qeyd olunur ki, mövcud “uçuş qadağasının” qüvvədə olduğu müddətdə eniş etməli olan 4 təyyarə ehtiyat aerodromlara yönləndirilib.
Məhdudiyyətlərin mülki hava gəmilərinin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunduğu deyilir.