...

Bayden administrasiyası Kubanı terrorizmlə mübarizə siyahısından çıxarmağı planlaşdırır

Turizm Materials 15 Yanvar 2025 00:29 (UTC +04:00)
Bayden administrasiyası Kubanı terrorizmlə mübarizə siyahısından çıxarmağı planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bayden administrasiyası Kubanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarmağı nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə Amerika administrasiyasının nümayəndələrinə istinadən Associated Press məlumat yayıb.

Onların məlumatına görə, Amerika hakimiyyəti yanvarın 14-də müvafiq açıqlama verə bilər.

Eyni zamanda, agentlik qeyd edir ki, Kuba ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra gələn həftə yuxarıda qeyd olunan siyahıya qayıda bilər, çünki ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubio ada dövlətinə qarşı məhdudlaşdırıcı tədbirlərin qızğın tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti