Bakı. Trend:
Alman avtomobil istehsalçısı "Volkswagen AG" 2024-cü ildə ümumi avtomobil satışlarının 2,3% azaldığını bildirib.
Trend-in məlumatına görə, qrupun ümumi satışları, o cümlədən Skoda, Seat, Audi, Bentley, Lamborghini və Porsche markalı minik avtomobilləri, həmçinin MAN və Scania yük maşınları bir il əvvəlki 9,24 milyon ədəd ilə müqayisədə 9,03 milyon ədəd təşkil edib.
Qərbi Avropaya illik tədarüklər 0,4% azalaraq 3,3 milyon, Mərkəzi və Şərqi Avropaya isə 1,7% artaraq 512 min ədəd təşkil edib. Şimali Amerika satışları illik müqayisədə 6,4% artaraq 1,06 milyona çatıb. Ən güclü artım, 14,7%, Cənubi Amerikada qeydə alınıb, burada 594,3 min avtomobil satılıb. Braziliyaya çatdırılma 18,2% artıb.
Elektrikli avtomobillərin satışı isə 3,4% azalaraq 744,8 min ədəd olub.