...

Rusiya ilə hərtərəfli strateji əməkdaşlıq sənədini hərbi koalisiya üçün sənəd hesab etmirik – İran XİN

Dünya xəbərləri Materials 15 Yanvar 2025 10:23 (UTC +04:00)
Rusiya ilə hərtərəfli strateji əməkdaşlıq sənədini hərbi koalisiya üçün sənəd hesab etmirik – İran XİN
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Rusiya arasında imzalanacaq hərtərəfli strateji əməkdaşlıq sənədini hərbi koalisiya və yaxud xüsusi bir məqsəd üçün sənəd hesab etmirik.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu sənəd hərtərəfli və əhatəlidir və bütün cəhətləri özündə ehtiva edir. Sənədin iqtisadi cəhəti daha güclüdür, bütün sahələri, o cümlədən, ticarət, investisiya, sənaye, kənd təsərrüfatı, ticarət və digər sahələrə şamil olur. Əsas məqsəd budur ki, iki ölkənin münasibətlərinin uzunmüddətli perspektivini və iki ölkənin hərtərəfli əməkdaşlığa daxil olmağa maraqlı olduğunu müəyyənləşdirir.

Araqçi əlavə edib ki, iki ölkənin əməkdaşlığa maraqlı olduğu bu sənəd çərçivəsində müqavilələr imzalanacaq. Əslində, bu sənəd iki ölkənin əməkdaşlığı üçün bir çərçivədir.

İranlı nazir deyib ki, bu sənəd hər iki ölkədən birinin üçüncü ölkə ilə münasibətlərinə heç bir qadağa yaratmayacaq. İran mənafeyini təmin edəcək hər bir ölkə ilə qarşılıqlı hörmət əsasında danışıqlar aparmağa hazırdır. Digər ölkələrlə qarşılıqlı mənafe prinsip olarsa, İran belə sənədi həmin ölkələrlə də imzalaya bilər. Əlbəttə, İranın bəzi ölkələrlə münasibətləri xüsusi şəraitdədir və belə sənədin imzalanmasına hələ çox vaxt lazımdır.

Araqçi əlavə edib ki, hazırkı sənəd üzərində 4 ilə yaxın müzakirələr aparılıb. Əslində hazırkı sənəd İran hakimiyyətinin milli qərarıdır.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 17 yanvarda Rusiyaya səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasında hərtərəfli strateji əməkdaşlıq sənədi imzalanacaq.

Xəbər lenti

Xəbər lenti