...

Azərbaycan ilə Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi təsdiqlənib

Siyasət Materials 14 Yanvar 2025 17:54 (UTC +04:00)
Azərbaycan ilə Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi təsdiqlənib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanun imzalayıb.

Trend xəbər verir ki, Qanuna əsasən, 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti