Bakı. Trend:
2024-cü ilin dekabr ayında Türkiyənin Diyarbəkir Hava Limanına gələn sərnişinlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 2 milyon 152 min 412 nəfər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 1 milyon 982 min 992 nəfər, beynəlxalq reyslər üzrə isə 27 faiz artaraq 169 min 420 nəfər təşkil edib.
2024-cü ilin dekabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 20 min 659 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 17 min 215 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 28 faiz artaraq, 3 min 443 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin dekabr ayı ilə müqayisədə artım müşahidə edilməyib, 13 min 150 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz azalaraq, 11 min 979, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 1 min 171 olub.
2024-cü ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 764 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.