Bakı.Trend:
Rusiyanın Moskva şəhər məhkəməsi öncəki cərimələrin ödənişindən yayınmaya görə Amerikanın nüfuzlu “Google” korporasiyasını səkkiz milyard rubl (təxminən 132 milyon manat) məbləğində cərimə edib.
Trend bu barədə Rusiya KİV-ə istinadən məlumat yayıb.
““Google” MMC Rusiya Federasiyasının İnzibati Xətalar məcələləsinin 20.25 maddəsinin 1-ci hissəsində nəzərdə tutulan (inzibati cəzanı yerinə yetirməkdən yayınma) inzibati xətanı törətməkdə təqsirli bilinib”,- məlumatda qeyd olunur.
Qeyd olunur ki, 2011-ci ildən bəri Rusiyada “Google”a qarşı qəbul olunmuş cərimələrin ümumi məbləği 2021-ci ildən bəri 34.5 milyard rublu üstələyir.