...

İran, Azərbaycan və Rusiya arasında nəqliyyat sahəsində üçtərəfli görüşün keçirilməsi müzakirə olunub

Gündəm Materials 14 Yanvar 2025 12:08 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran, Azərbaycan və Rusiya arasında 28 yanvarda nəqliyyat sahəsində üçtərəfli görüşün keçirilməsi İran və Rusiya arasında müzakirə olunub.

Trend-in məlumatına görə, bu,ötən gün İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə Rusiyanın nəqliyyat naziri Roman Starovoytun başçılığı ilə video-formatda keçirilən görüşdə gündəmə gəlib.

Görüşün hansı ölkədə və hansı səviyyədə keçirilməsi ilə əlaqədar məlumat verilməyib.

Görüşdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə texniki-icra işlərinin detalları, 2025-ci ildə müştərək əməkdaşlıq üzrə yol xəritəsinin tənzimlənməsi, Xəzər dənizinin şərq hissəsindən maksimum şəkildə faydalanmağa dair əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib ki, İranın Əmirabad və Kaspian limanları dəmiryol şəbəkəsinə birləşdirilib. Bu baxımdan, Xəzər dənizinin potensialından maksimum şəkildə faydalanmaq olar.

Sadiq qeyd edib ki, İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizi çərçivəsində dəniz və dəmiryolu marşrutlarının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə, həmçinin, İran prezidenti Məsud Pezeşkianın Rusiyaya səfərindən öncə əldə olunan razılaşmalar və anlaşmalar nəzərdən keçirilib.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 17 yanvarda Rusiyaya səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasında hərtərəfli strateji əməkdaşlıq sənədinin imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti