...

Cənubi Koreya prezidenti qiyama görə həbs edilib (ƏLAVƏ EDİLİB)

Dünya xəbərləri Materials 15 Yanvar 2025 06:11 (UTC +04:00)
Cənubi Koreya prezidenti qiyama görə həbs edilib (ƏLAVƏ EDİLİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyanın prezidenti Yun Sok Yol korrupsiyaya qarşı mübarizə çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən qiyama görə həbs edilib.

Trend-in məlumatına görə, bu barədə yüksək vəzifəli məmurların korrupsiyaya qarşı mübarizə idarəsindən bildirilib.

Məlumata görə, hüquq-mühafizə orqanları yerli vaxtla saat 10:33-də Yun Sok Yolun həbsinə order veriblər. İdarədən jurnalistlərə verilən açıqlamada, Yun Sok Yolun sui-qəsdçilərin lideri kimi qiyam təşkil etməkdə şübhəli bilinərək həbs edildiyi bildirilib.

xxx

01:15

Cənubi Koreya prezidentinin təhlükəsizlik xidməti müstəntiqlərə prezident Yun Sok Yolun iqamətgahında həbs olunmasına növbəti dəfə icazə verməkdən imtina edib.

Trend xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının axtarış və həbs qərarı nümayiş etdirilməsinə baxmayaraq, müstəntiqlər yenidən təhlükəsizlik xidməti ilə qarşıdurma vəziyyətinə düşüblər. Müstəntiqlər zorla iqamətgaha daxil olmağa çalışırlar.

Prezidentin iqamətgahının yaxınlığındakı küçəyə prezidentin 6,5 minə yaxın tərəfdarı toplaşıb. Asayişi qorumaq üçün 3 minə yaxın polis cəlb edilib.

Xəbər lenti

Xəbər lenti