Bakı. Trend:
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən məişət avadanlıqlarının satıldığı mağazadan oğurluq edən həmin obyektdə işləyən 29 yaşlı Arif Quliyev və 57 yaşlı Nofəl Musayev saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən
məlumata görə, araşdırmalar zamanı onların anbardan ümumi dəyəri
48615 manat olan 148 ədəd televizor və 9 ədəd paltaryuyan
oğurlayaraq satdıqları məlum olub.
Faktlarla bağlı araşdırmlar davam etdirilir.